"Kəpəz" və "Qəbələ" Rusiya klubunda çıxış edən azərbaycanlı futbolçu ilə maraqlanır
Futbol
- 10 noyabr, 2025
- 17:31
"Kəpəz" və "Qəbələ" klubları Rusiya təmsilçisi "SKA-Xabarovsk"da çıxış edən azərbaycanlı futbolçu Sadıq Bağıyevlə maraqlanır.
"Report" xəbər verir ki, bu barədə rusiyalı jurnalist Sergey İlyov məlumat yayıb.
Bölgə komandaları oyunçuya görə danışıqlara başlamağa və onun keçidi üçün müəyyən məbləğ ödəməyə hazırdırlar.
Lakin 21 yaşlı yarımmüdafiəçi hələlik Rusiyada çıxış etməyi üstün tutur.
Qeyd edək ki, Sadıq Bağıyev Rusiya I Liqasında meydana çıxdığı 16 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla 2027-ci ilin yayınadək müqaviləsi var. Futbolçu Azərbaycanın aşağı yaş qruplarından ibarət millilərində də çıxış edib.
Son xəbərlər
20:13
Video
Hindistanda partlayış nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb - YENİLƏNİB
Digər ölkələr20:01
Çingiz Hüseynzadə: Ümid edirəm ki, Azərbaycan idmançıları bütün yarışlarda üstünlük qazanacaqlar
Komanda19:51
Ermənistanın XİN başçısı Danimarkaya işgüzar səfər edəcək
Region19:33
İsrail "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib
Digər ölkələr19:28
Foto
Azərbaycanın cüdo millisi VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub
Fərdi19:15
TRIPP iri investisiya layihələrinin həyata keçirilməsi üçün zəruri şərtdir – RƏY
İnfrastruktur19:13
Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb
Hadisə19:01
Babək Quliyev Türkiyə - Ukrayna matçının hakim-inspektoru olacaq
Futbol18:51