İspaniya millisi tarixinin ən yaxşı məğlubiyyətsizlik seriyasına imza atıb

Futbol
  • 16 noyabr, 2025
  • 11:00
İspaniya millisi tarixinin ən yaxşı məğlubiyyətsizlik seriyasına imza atıb

Futbol üzrə İspaniya millisi tarixinin ən yaxşı məğlubiyyətsizlik seriyasına imza atıb.

"Report"un məlumatına görə, son Avropa çempionu buna DÇ-2026-nın seçmə mərhələsində səfərdə Gürcüstanı məğlub etməklə (4:0) nail olub.

Komanda bütün yarışlarda ardıcıl 30 rəsmi matçda yenilmir. Yığma bunların 25-də qələbə qazanıb, 5-də heç-heçə edib.

İspaniya seçməsinin əvvəlki rekordu 2010-cu ilin iyunundan 2013-cü ilin iyununadək qeydə alınıb. Milli həmin vaxt ardıcıl 29 görüşdə uduzmayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti