İspaniya klubu "Barselona"nın futbolçusunu icarəyə götürmək istəyir

Futbol
  • 08 dekabr, 2025
  • 15:30
İspaniya klubu Barselonanın futbolçusunu icarəyə götürmək istəyir

İspaniyanın "Jirona" klubu "Barselona"nın futbolçusu Mark Bernalı icarəyə götürmək istəyir.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin mümkün keçidi qış transfer dönəmində reallaşa bilər.

La Liqa təmsilçisi oyunçu üçün təklif hazırlayır. Klub rəhbərliyi turnir cədvəlində aşağı pillələrdə olduğu üçün heyəti gücləndirmək niyyətindədir.

Qeyd edək ki, Mark Bernal "Barselona"nın yetirməsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti