Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə bu gün start veriləcək

Futbol
  • 09 oktyabr, 2025
  • 10:19
Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə bu gün start veriləcək

Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə bu gün start veriləcək.

"Report"un məlumatına görə, ilk olaraq I təsnifat mərhələsinin beş oyunu baş tutacaq.

Qarşılaşmalar saat 14:00-da start götürəcək. Qalib komandalar II təsnifat mərhələsinə vəsiqə qazanacaqlar.

Azərbaycan Kuboku

I təsnifat mərhələsi

9 oktyabr

14:00. "Sheki City" – "Araz Saatlı"

Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

"Rekord Arena"

14:00. "Qaradağ Lökbatan""Ağdaş"

Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

14:00. "Dinamo""Kür-Araz"

Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

Binə qəsəbə stadionu

14:00. "Ağstafa Gəncləri""Şirvan"

Hakimlər: Alik Yunusov, Şirmamed Mamedov, Səbuhi Soltanov, Murad Səlimov.

Hakim-inspektor: Rövşən Əhmnədov.

AFFA nümayəndəsi: Eldar Məmmədov.

Ağstafa şəhər stadionu

Qeyd edək ki, bu raundun digər qarşılaşmaları oktyabrın 10-da baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti