Tramp: Hindistan Rusiya neftini almağı dayandırmaq niyyətindədir
- 16 oktyabr, 2025
- 04:29

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hindistanın Baş naziri Narendra Modi ona Rusiya neftinin alınmasını dayandırmağa hazır olduqlarını bildirib.
"Report"un məlumatına görə, bu barədə Amerika lideri Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.
"O, bu gün məni Rusiyadan neft almayacaqlarına əmin etdi. Bu, böyük dayanmadır. İndi mən əmin olmalıyam ki, Çin də eyni şeyi edəcək", - Tramp deyib.
Tramp vurğulayıb ki, Hindistanın Rusiya neftini dayandırması prosesi artıq başlayıb: "Bunu dərhal etmək mümkün deyil; proses var. Amma proses tezliklə başa çatacaq və Ukrayna ilə müharibə bitəndən sonra Rusiyadan neft almağa davam edəcəklər. Hindistan Rusiyadan neft almasa, o zaman işlər daha sadə olacaq", - ABŞ Prezidenti bildirib.
Eyni zamanda ABŞ administrasiyasının rəhbəri Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibənin dayandırılmasına razılıq verəcəyi ilə bağlı fikirlərini bildirib: "Məncə, Prezident Putin buna nail olmaq istəyir".