Fransada Liqa Kubokunun finalı təxirə salındı

Futbol
  • 11 mart, 2020
  • 12:02
Fransada Liqa Kubokunun finalı təxirə salındı
football365

PSJ və "Lion" komandaları arasında keçiriləcək Fransa Liqa Kubokunun final matçı koronavirusa görə təxirə salınıb.

"Report" "L Equipe"yə istinadən xəbər verir ki, qarşılaşma aprelin 4-də "Stad de Frans" stadionunda baş tutmalı idi. Görüşün yeni tarixi hələ ki bəlli deyil.

Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı 1 774, ölənlər isə 33 nəfərdir. UEFA daha öncə PSJ-nin Çempionlar Liqasındakı matçının azarkeşsiz keçiriləcəyini açıqlayıb.