FIFA prezidenti: "Maradona futbol nağılları tarixində mühüm yer tutacaq"
Futbol
- 25 noyabr, 2020
- 20:02
"Bu gün (25 noyabr-red) inanılmaz dərəcədə kədərli gündür. Dieqomuz bizi tərk etdi. Onu olduğu kimi sevən ürəklərimiz bir anlıq dayandı. Hazırda hiss etdiyimiz yeganə şey ağrıdır".
"Report"un məlumatına görə, bu fikirləri FIFA prezidenti Canni İnfantino qurumun rəsmi saytına açıqlamasında dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümü barədə danışarkən deyib.
Funksioner bildirib ki, argentinalı veteran hücumçu əbədi olaraq qəlblərdə yaşayacaq: "Maradona həmişəlik bütün futbol nağılları tarixində önəmli yer tutacaq. Bu çətin vaxtda ailəsinə və dostlarına səmimi qəlbdən başsağlığı veririk. Rahat yat, Dieqo. Biz səni sevirik".
Qeyd edək ki, Dieqo Maradona dünən 60 yaşında ürəktutmasından vəfat edib.
Son xəbərlər
03:11
Uolts: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır
Digər ölkələr02:49
"Forbes": ABŞ-nin Azərbaycanla tərəfdaşlığı ölkənin regiondakı strateji rolundan qaynaqlanır
Xarici siyasət02:19
Vyetnamın mərkəzində baş verən daşqınlar nəticəsində 40-dan çox insan ölüb
Digər ölkələr01:48
Rusiyanın Ternopola endirdiyi zərbə nəticəsində ölənlərin sayı 28-ə çatıb
Digər ölkələr01:16
Klub prezidenti Messinin "Barselona"ya futbolçu kimi qayıdışını qeyri-real adlandırıb
Futbol00:49
Video
"Zəngəzur dəhlizi ətrafındakı ərazilər Azərbaycana qaytarılır" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət00:25
Məhəmməd Mustafa: Qəzza və İordan çayının Qərb sahili vahid bir bütöv və Fələstin dövlətinin yaradılması üçün əsasdır
Digər ölkələr00:11
Ağ Ev: ABŞ Ukrayna ilə bağlı sülh planı üzərində ciddi şəkildə işləməyə davam edir
Digər ölkələr00:08