DÇ-2022: Seçmə mərhələ oyunları neytral meydanda olacaq
Futbol
- 28 sentyabr, 2021
- 06:49

Futbol üzrə Avstraliya və İraq milli komandaları 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarında rəqiblərini neytral meydanda qəbul edəcəklər.
"Report" Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən xəbər verir ki, Avstraliya seçməsi koronavirus pandemiyasına görə ölkədə tətbiq edilən ciddi məhdudiyyətlər ucbatından oyunlara ev sahibliyi edə bilmir.
Komanda Omanı Qətərin paytaxtı Dohada qəbul edəcək. İraqın Livanla görüşü də təhlükəsizlik səbəbindən elə bu şəhərdə olacaq.
Qeyd edək ki, hər iki qarşılaşma oktyabrın 7-də gerçəkləşəcək. Daha əvvəl sentyabrın 7-də İraq - İran görüşü də təhlükəsizliyə görə Dohada baş tutub.
Son xəbərlər
00:58
Azərbaycanın U-21 millisi Portuqaliya yığmasına məğlub olub
Futbol00:55
KİV: Fitso Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyib
Digər ölkələr00:47
AFFA-nın baş katibi: "Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik"
Futbol00:35
Foto
Video
DÇ-2026: Azərbaycan millisi böyük hesabla məğlub olub - YENİLƏNİB-8
Futbol00:30
Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib
Digər ölkələr00:20
Tramp ABŞ-nin "Google" şirkətini cərimələyən Aİ-yə cavab verəcəyini bəyan edib
Digər ölkələr23:52
"Bank of America" FES-nin iki dəfə faiz endirimi edəcəyini proqnozlaşdırır
Maliyyə23:27
Ağ Ev ABŞ-dəki iş yerləri ilə bağlı vəziyyətdən məyusluğunu ifadə edib
Digər ölkələr23:09