DÇ-2026: Azərbaycan millisi böyük hesabla məğlub olub - YENİLƏNİB-8

Futbol
  • 06 sentyabr, 2025
  • 00:35
DÇ-2026: Azərbaycan millisi böyük hesabla məğlub olub - YENİLƏNİB-8

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan yığması İslandiyaya böyük hesabla məğlub olub. 

"Report"un məlumatına görə, Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda baş tutan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı üstünlüyü ilə başa çatıb.

Qolları Viktor Palsson (45+2-ci dəqiqə), İsak Berqmann Yohannesson (47 və 56-cı dəqiqələr) Albert Qudmundsson (63-cü dəqiqə) və Kristian Hlinisson (73-cü dəqiqə) Azərbaycan yığmasının qapısından keçiriblər.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda DÇ-2026-nın seçmə mərhələsində növbəti matçını sentyabrın 9-da Ukrayna millisinə qarşı keçirəcək. Bu görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya - Azərbaycan matçında növbəti qol vurulub. 

"Report"un məlumatına görə, İslandiya yığmasının heyətində Kristian Hlinisson (73-cü dəqiqə) fərqlənib - 5:0.

Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçirilir.

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya - Azərbaycan matçında fərq 4 topa çatıb.

"Report"un məlumatına görə, İslandiya yığmasının heyətində Albert Qudmundsson (63-cü dəqiqə) fərqlənib - 4:0.

Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçirilir.

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya - Azərbaycan matçında üçüncü qol vurulub.

"Report"un məlumatına görə, İslandiya yığması fərqi 3:0-a çatdırıb.

 İsak Berqmann Yohannesson 56-cı dəqiqədə komandasının üçüncü, özünün isə ikinci qolunu vurub.

Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçirilir.

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya - Azərbaycan matçında ikinci qol vurulub.

"Report"un məlumatına görə, İslandiya yığması fərqi 2:0-a çatdırıb.

47-ci dəqiqədə İsak Berqmann Yohannesson fərqlənib.

Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçirilir.

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya - Azərbaycan matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Azərbaycan millisi fasiləyə 0:1 hesabı ilə geridə yollanıb.

Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçirilir.

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya - Azərbaycan matçında ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Azərbaycan millisi fasiləyə hesabda 0:1 geridə yollanıb.

Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçirilir.

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda keçirilən İslandiya - Azərbaycan matçında hesab açılıb.

"Report"un məlumatına görə, rəqib komandanın heyətində Viktor Palsson (45+2-ci dəqiqə) fərqlənib.

Qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçirilir.

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda İslandiya - Azərbaycan matçına start verilib.

"Report"un məlumatına görə, qarşılaşma Reykyavikdəki "Lauqardalsvöllur" stadionuda keçirilir.

Matçı niderlandlı baş hakim Sander van der Eyk idarə edir.