Ceyhun Sultanov: "İslandiya ilə oyunda düzgün hücumlar qura bilsək, yaxşı nəticə qazanacağıq"

Futbol
  • 13 noyabr, 2025
  • 15:16
Ceyhun Sultanov: İslandiya ilə oyunda düzgün hücumlar qura bilsək, yaxşı nəticə qazanacağıq
Ceyhun Sultanov

Azərbaycan millisi bu gün İslandiya ilə oyunda düzgün hücumlar qura biləcəyi təqdirdə yaxşı nəticə əldə edəcək.

Bunu "Report" yığmanın sabiq futbolçusu Ceyhun Sultanov deyib.

O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmada Azərbaycan millisinin şanslarını dəyərləndirib:

"Oyunla bağlı çox söz deməyə ehtiyac yoxdur. Çünki bilirik ki, yenə müdafiə olunub, rəqibi əks-hücumda yaxalamağa çalışacağıq. Komandamız müdafiə olunmağı bacarır. Düşünürəm ki, əzmkar kollektivimiz var. Düzgün hücumlar da qura bilsək, yaxşı nəticə əldə edəcəyik. İslandiyaya ilk oyunda 0:5 hesabı ilə uduzmuşuq. Səfərdə sistemli futbol oynamamışdıq. Amma son üç oyuna baxanda görürük ki, Ayxan Abbasovun gəlişindən sonra müdafiə oluna bilirik. Əlbəttə, nəinki İslandiyaya, bizdən güclü rəqiblərə qarşı açıq futbol oynamaq çətindir. Millimizə uğurlar arzulayıram. İnanıram ki, yaxşı nəticəyə nail ola biləcəyik".

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı bu gün 8-ci km qəsəbə stadionunda, saat 21:00-da start götürəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti