Skandinav və Baltik ölkələri Ukrayna üçün ABŞ-dən alınacaq 500 milyon dollarlıq hərbi paketi birgə maliyyələşdirəcəklər
- 13 noyabr, 2025
- 16:46
Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveç NATO-nun Ukrayna üçün Prioritet Tələblər Siyahısı (PURL) təşəbbüsü çərçivəsində ABŞ-dən alınacaq 500 milyon dollarlıq hərbi avadanlıq və silah-sursat paketini birgə maliyyələşdirəcəklərini bildiriblər.
"Report" xəbər verir ki, bu barədə Alyansın Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, NATO-nun Baş katibi Mark Rutte bu addımı alqışlayıb:
"Şimal və Baltik müttəfiqlərimiz Ukrayna üçün daha bir vacib hərbi avadanlıq paketini maliyyələşdirmək üçün addım atırlar. Ukrayna qış aylarına daxil olduğu üçün bu avadanlıq son dərəcə vacibdir və PURL mexanizmi vasitəsilə göndərişlər artıq Ukraynaya daxil olur. NATO müttəfiqləri zəruri avadanlıq və təchizatları çatdırmağa davam edəcəklər".