Azərbaycan Benin və Qanadan keşyu fındığı almağa başlayıb
- 13 noyabr, 2025
- 16:45
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 2,3 milyon ABŞ dolları dəyərində 282 ton keşyu fındığı idxal edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 57 %, kəmiyyət olaraq – 28 % çoxdur.
Hesabat dövründə Azərbaycana Vyetnamdan 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 62 % çox) 229 ton (+26 %), Qanadan 202 min ABŞ dolları dəyərində 25 ton, Hindistandan 137 min ABŞ dolları dəyərində (-44 %) 17,3 ton (-45 %), Benindən 92,5 min ABŞ dolları dəyərində 11,3 ton, Almaniyadan 1,5 min ABŞ dolları dəyərində (+20 %) 0,1 ton (+71 %) məhsul gətirilib.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Benindən və Qanadan tədarük həyata keçirilib.