"Barselona" azarkeşləri Kumanın istefaya göndərilməsini tələb edir
Futbol
- 21 sentyabr, 2021
- 10:42

İspaniya "Barselona"sının azarkeşləri komandanın baş məşqçisi Ronald Kumanın "Qranada" ilə La Liqanın V tur matçındakı qərarlarından narazı qalıblar.
"Report" "Daily Star"a istinadən xəbər verir ki, niderlandlı mütəxəssisin müdafiəçi Jerar Pikeni mərkəz hücumçusu kimi oynatması fanatların xoşuna gəlməyib.
Tərəfdarlar sosial şəbəkələrdəki paylaşımları ilə Kumanın qərarını sərt tənqid ediblər. Bunu utancverici addım adlandıran bəzi azarkeşlər baş məşqçini öz işinin öhdəsindən gələ bilməməkdə günahlandırıblar. Bir qrup fanat isə 58 yaşlı mütəxəssisin istefaya göndərilməsini tələb edib.
Qeyd edək ki, "Barselona" - "Qrana"da matçı 1:1 hesabı ilə başa çatıb. Kataloniyalılar 90-cı dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub.
Son xəbərlər
22:55
Video
Astana Azərbaycan Prezidentinin səfərinə hazırlaşır
Xarici siyasət22:43
Rəsmi Ankara: Kiprli türklərin rifahına töhfə verməyə davam edəcəyik
Region22:25
Alimlər qan dövranı və immun sisteminin qocalmasının əsas mexanizmini aşkar ediblər
Sağlamlıq22:00
Ərdoğan: ŞKTR-in suverenlik hüququnu müdafiəyə davam edəcəyik
Region21:56
Sibiqa Fidanı Ukrayna və ABŞ liderləri arasındakı görüşün nəticələri barədə məlumatlandırıb
Digər ölkələr21:40
Sahibə Qafarova PAİ Baş katibi ilə görüşüb
Xarici siyasət21:22
Dövlət Bağçalı: ŞKTR parlamenti təcili Türkiyəyə birləşməyə qərar verməlidir
Region21:14
ŞKTR-dəki prezident seçkilərində Tufan Erhürman qalib gəlib - YENİLƏNİB-4
Digər ölkələr21:13