Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçını keçirəcək

Futbol
  • 05 sentyabr, 2025
  • 09:18
Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçını keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq.

"Report" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yer aldığı B qrupunda Portuqaliya ilə üz-üzə gələcək. 

Görüş Barseluş şəhərindəki "Estadio Cidade" stadionunda Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. 

Qarşılaşmanı kiprli referi Konstantinos Fellas idarə edəcək. 

Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu görüş saat 18:00-da start götürəcək.