"Flamenqo"nun futbolçusu 12 oyunluq diskvalifikasiya edilib
Futbol
- 05 sentyabr, 2025
- 11:26
Braziliyanın "Flamenqo" klubunun hücumçusu Bruno Enrike 12 oyunluq diskvalifikasiya edilib.
"Report" AFP-yə istinadən xəbər verir ki, o, qohumlarının etdiyi mərc naminə bilərəkdən sarı vərəqə almaqda günahlandırılıb.
Braziliya İdman Məhkəməsi 34 yaşlı vingeri təkcə diskvalifikasiya deyil, həm də idman etikasını pozduğu üçün 11 min ABŞ dolları məbləğində cərimələyib.
Söhbət 2023-cü ilin noyabrında "Santos"a qarşı keçirilən matçdakı (1:2) epizoddan gedir. Enrike qayda pozuntusuna görə sarı vərəqə alıb. Daha sonra hakimi təhqir etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan qovulub.
Futbolçuya idman saxtakarlığı ittihamı ilə cinayət işi açılacağı və onu iki ildən altı ilədək azadlıqdan məhrumetmə cəzası gözlədiyi də bildirilib.
Son xəbərlər
00:30
Hələbdə toqquşmalar zamanı beş nəfər ölüb, 30-dan çox insan xəsarət alıb
Digər ölkələr00:17
Füzuli və Cəbrayıl rayonlarında yanğınlar qeydə alınıb
Hadisə23:57
"Karvan" musiqi qrupunun təsisçisi Sevinc Kərimova vəfat edib
İncəsənət23:45
Ursula fon der Lyayen: Qanun gücdən üstündür, bu, Qrenlandiyaya da aiddir
Digər ölkələr23:32
Salyanda yol qəzasında xəsarət alanların son durumları açıqlanıb - YENİLƏNİB
Hadisə23:25
Foto
Ərdoğan: Malayziya ilə müdafiə sənayesində atacağımız birgə addımları qiymətləndirəcəyik - YENİLƏNİB
Region23:01
Naxçıvanın builki xərclərinin strukturu açıqlanıb
Maliyyə22:43
"Marinera" gəmisinin heyəti ABŞ sanksiyalarını pozduğuna görə məhkəmə qarşısına çıxarılacaq
Digər ölkələr22:41