Azərbaycan yığmasının baş məşqçisi: "Milli komanda gələcəyə ümid verir"

Futbol
  • 19 sentyabr, 2025
  • 09:27
Azərbaycan yığmasının baş məşqçisi: Milli komanda gələcəyə ümid verir

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi gələcəyə ümid verir.

"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Aqil Nəbiyev AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən ikinci yoxlama oyunu (3:1) ilə bağlı fikirlərini bildirib:

"Bu kollektiv ilk dəfə təlim-məşq toplanışına yığışmışdı. Rəqib isə yeddinci dəfə idi bir araya gəlirdi. Hər iki oyun üstünlüyümüz şəraitində keçdi. Düzgün təhlillər və çalışmalar nəticəsində ikinci matçda qələbə qazandıq".

Baş məşqçi futbolçuların potensiallarının böyük olduğunu deyib:

"Uşaqları tanımaq üçün zaman lazımdır. Potensiallı oyunçulardır, ancaq fiziki durumla bağlı ciddi problemləri var idi. Millidə isə bunun üzərində çox çalışmaq imkanımız olmur. Çünki cəmi üç məşqdən sonra oyuna çıxmışdıq. Sırf taktiki tapşırıqlara üstünlük veririk. Komandamız gələcəyə ümid verir. Hazırlıqların, beynəlxalq matçların sayı nə qədər çox olsa, istər bu kollektivlə, istərsə də U-16 və U-17 millimizlə daha böyük işlər görmək olar".

Qeyd edək ki, Azərbaycanın U-15 millisi Monteneqro ilə ilk oyunda qolsuz heç-heçə edib, ikinci görüşdə 3:1 hesablı qələbə qazanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti