Levandovski "Barselona"dakı qolların sayına görə Neymarı geridə qoyub
Futbol
- 10 noyabr, 2025
- 09:30
Polşalı futbolçu Robert Levandovski İspaniyanın "Barselona" klubunda vurulan qolların sayına görə Neymarı geridə qoyub.
"Report"un məlumatına görə, 37 yaşlı hücumçu buna La Liqanın XII turunda səfərdə "Selta" ilə matçda nail olub.
Qarşılaşmada üç dəfə fərqlənən təcrübəli forvard Kataloniya təmsilçisində 108-ci qoluna imza atıb. Neymar "Barselona"da 105 dəfə rəqib qapılarına yol tapmışdı.
Levandovski 2022-ci ildən "Barselona"da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, "Barselona" "Selta"nı 4:2 hesabı ilə məğlub edib.
Son xəbərlər
11:35
Foto
Zəfər Günü Niderlandda qeyd edilib
Xarici siyasət11:35
TƏBİB İmişlidə hamilə qadının ölümünün ilkin səbəbini açıqlayıb
Hadisə11:27
Miqrantları daşıyan qayığın aşması nəticəsində 11 nəfərin meyiti tapılıb
Digər ölkələr11:16
Video
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət11:09
Foto
Azərbaycan taekvondoçuları Avropa birinciliyində 15 medal qazanıblar
Fərdi11:02
BDYPİ hərəkət iştirakçılarına çağırış edib
Daxili siyasət11:01
Azərbaycan Ordusunun inkişafı regionda təhlükəsizlik baxımından vacib faktordur - RƏY
Hərbi10:58
Bu il Azərbaycanda ən çox tələb olunan peşələr məlum olub
Sosial müdafiə10:57