Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb

Daxili siyasət
  • 10 noyabr, 2025
  • 09:47
Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb

Naxçıvanda Türkiyə xalqının böyük öndəri, ictimai-siyasi Mustafa Kamal Atatürkün xatirəsi anılıb.

"Report"un yerli xəbər verir ki, Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət olunub, xatirəsi yad edilib.

Anım mərasimində əvvəlcə böyük öndər Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Asip Kaya abidə önünə çələng qoyub.

Mərasimdə dövlət və hökümət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındaki hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam edən anım tədbirində Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.

Sonra Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş etdirilib. Tədbir çıxışlarla davam edib.

Qeyd edək ki, bu gün Atatürkün vəfatından 87 il ötür.

Son xəbərlər

Bütün Xəbər Lenti