Azərbaycan Kuboku: 1/8 finala yüksələn daha bir komanda müəyyənləşib - YENİLƏNİB

Futbol
  • 28 oktyabr, 2025
  • 16:33
Azərbaycan Kuboku: 1/8 finala yüksələn daha bir komanda müəyyənləşib - YENİLƏNİB

Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib.

"Report" xəbər verir ki, II təsnifat mərhələsində "Sheki City" ilə qarşılaşan "Karvan-Yevlax" növbəti mərhələyə vəsiqəni təmin edib.

Şamaxı şəhər stadionunda baş tutan görüşün əsas vaxtı 1:1 hesabı ilə bitib. Yevlax təmsilçisi əlavə vaxtda Şəki komandasının qapısına daha iki dəfə yol tapıb.

Beləliklə, görüş "Karvan-Yevlax"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

II təsnifat mərhələsi çərçivəsində bu gün daha bir qarşılaşma baş tutacaq. "Turan Tovuz" "Azərsun Arena"da II Liqa təmsilçisi "Dinamo" ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Kubokunda II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.

Azərbaycan Kubokunun 1/8 finalına vəsiqə qazanan ilk komandalar bəlli olub.

"Report" xəbər verir ki, Misli Premyer Liqası təmsilçilərindən "İmişli" və "Kəpəz" növbəti mərhələyə adlarını yazdırıblar.

Mərhələ adlayan digər klublar "Şəfa" və "Baku Sportinq"dir.

"Cəbrayıl" - "Şəfa" 0:3

"Göygöl" - "Baku Sportinq" 0:2

"Kəpəz" - "Ağstafa Gəncləri" 6:1

"Qaradağ Lökbatan" - "İmişli" 2:3

Qeyd edək ki, Azərbaycan Kubokunda II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti