Azərbaycan Basketbol Liqasında bu gün daha iki oyun keçiriləcək

Futbol
  • 24 oktyabr, 2025
  • 09:17
Azərbaycan Basketbol Liqasında bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasında IV turun daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, bu gün B qrupunda yer alan komandalar üz-üzə gələcəklər.

İlk olaraq "Quba" "Lənkəran"ı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

"Sumqayıt" isə "Ordu"nun qonağı olacaq. Bu görüş saat 19:00-da başlayacaq.

"Ordu" B qrupunda 6 xalla liderdir. "Quba" 5 xalla üçüncü, "Lənkəran" 4 xalla dördüncü, "Sumqayıt" isə 3 xalla sonuncu - altıncı sıradadır.

Qeyd edək ki, ötən gün A qrupunun oyununda "Sabah" "Gəncə"ni məğlub edib - 87:68.

Son xəbərlər

Bütün Xəbər Lenti