Azərbaycanın 3 güləşçisi dünya çempionatında bürünc medal qazana bilər

Fərdi
  • 24 oktyabr, 2025
  • 20:57
Azərbaycanın 3 güləşçisi dünya çempionatında bürünc medal qazana bilər

Azərbaycanın 3 güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazana bilər.

"Report" xəbər verir ki, mundialda həm qadın, həm də sərbəst güləş üzrə milli komandalarımızın üzvləri mübarizə aparır.

Elnurə Məmmədova (53 kq) türkiyəli Sıla Aykul üzərində inamlı qələbə (9:0) qazansa da, 1/4 finalda ispaniyalı Karla Solerə 11:14 hesabı ilə məğlub olub.

Günay Qurbanova (59 kq) debütdə bolqarıstanlı Viktoriya Boynovaya şans tanımayıb – 8:1. Həmyerlimiz növbəti mərhələlərdə moldovalı Madalina Prisakariyə (11:0) və qazaxıstanlı Viktoriya Xusaynovaya (tuş) vaxtından əvvəl qalib gəlib. Yarımfinalda yaponiyalı Ruka Natamiylə qarşılaşan Günay son saniyələrdə qələbəni əldən verib – 1:3. Qurbanova sabah bürünc medal uğrunda güləşəcək.

Birgül Soltanova (62 kq) təsnifat mərhələsində rusiyalı Yekaterina Koşkinaya "tuş"la uduzub.

Maqomed-Başir Xaniyev (74 kq) ilk mərhələdə yunanıstanlı Georgios Yoakeymidisə tam üstünlüklə (10:0) qalib gəlib. Təmsilçimiz 1/8 finalda ermənistanlı Qriqor Çolakyandan güclü olub – 14:5. Xaniyev Bəhreyn təmsilçisi Maqomedrasul Asluyevə isə 7:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Xaniyev finalın bir addımlığında türkiyəli Muhammed Özmuşa məğlub olub – 3:7. Maqomed-Başir sabah bürünc medal uğrunda güləşəcək.

Sadiq Mustafazadə (92 kq) ispaniyalı Muxammedsultan Kopbayevi tam üstünlüklə (10:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda iranlı Mohammadmobin Azimiylə bacarmayıb – 0:8. Həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti