"Kəpəz"in baş məşqçisi: "İmişli"yə qarşı çox ağır məğlubiyyət aldıq"
Futbol
- 24 oktyabr, 2025
- 20:53
"Kəpəz" "İmişli"yə qarşı ağır məğlubiyyət alıb.
"Report" xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında açıqlama verib.
Mütəxəssis Misli Premyer Liqasının IX turunda evdə "İmişli"yə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb:
"Çox ağır məğlubiyyətdir. Mənə elə gəlir ki, qırmızı vərəqəyə kimi pis oynamadıq. Bəzi epizodlar var idi ki, istədiklərimizi alındırırdıq. Amma azlıqda qalandan sonra komanda demək olar ki, bütün oyun üslubundan kənarda qaldı. Nəticədə üzücü bir məğlubiyyət aldıq".
Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının turnir cədvəlində 3 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Son xəbərlər
06:36
Tramp xalqa müraciət edib
Digər ölkələr06:13
ABŞ Sakit okeanda narkotik alverçilərinin gəmisinə zərbə endirib
Digər ölkələr05:59
KİV: ABŞ amerikalıların vətəndaşlıqdan çıxarılması təcrübəsini genişləndirmək istəyir
Digər ölkələr05:23
KİV: Britaniya şirkətləri Venesuelaya gedən tankerləri sığortalayır
Digər ölkələr05:05
Panama sahillərində 5,4 maqnitudada zəlzələ olub
Digər ölkələr04:31
Venesuela ABŞ ilə gərginlik fonunda BMT TŞ-nin iclasının çağırılması təşəbbüsü ilə çıxış edib
Digər ölkələr04:19
ABŞ Nümayəndələr Palatası Venesuelaya qarşı hərbi əməliyyatlarla bağlı qətnaməni rədd edib
Digər ölkələr03:39
Venesuela Ordusu ABŞ-ni hərbi müdaxilə təhdidində və nefti ələ keçirmək cəhdində ittiham edib
Digər ölkələr03:22