"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq

Futbol
  • 30 oktyabr, 2025
  • 09:10
Araz-Naxçıvan UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün növbəti matçına çıxacaq.

"Report" xəbər verir ki, Naxçıvan klubu Lüksemburq çempionu "Differdanje 03" ilə üz-üzə gələcək.

Görüş Sala Sporturilor Dunareada, Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın "Yunayted Qalati" klubunu məğlub edib - 2:1. "Araz-Naxçıvan" əsas mərhələdə sonuncu matçını noyabrın 1-də Niderlandın "Tigers Roermond" komandasına qarşı keçirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti