Almaniya klubu Top-5 çempionatları arasında ən yaxşı göstəriciyə malikdir

Futbol
  • 20 oktyabr, 2025
  • 20:09
Almaniya klubu Top-5 çempionatları arasında ən yaxşı göstəriciyə malikdir

Almaniyanın "Ştutqart" klubu cari mövsüm ev oyunlarında göstərdiyi performansla Avropanın Top-5 çempionatları arasında ən yaxşı göstəriciyə malikdir.

"Report" xəbər verir ki, Bundesliqa təmsilçisi bu mövsüm keçirdiyi üç ev matçında qol buraxmadan qələbə qazanıb.

Top-5 çempionatları arasında bu göstəriciyə malik ikinci belə komanda yoxdur.

Qeyd edək ki, "Ştutqart" evdə "Borussiya" (Münhenqladbax) və "Haydenhaym" komandalarını 1:0, "Sankt Pauli"ni isə 2:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Bütün Xəbər Lenti