Albaniyalı baş məşqçi: "Azərbaycan komandası ilə matç çətin olacaq"
                            Futbol
                            
                        - 21 avqust, 2020
- 05:16
 
                            
                            
                        "Keşlə" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniyanın "Laçi" klubu yoxlama görüşü keçirib.
"Report"un məlumatına görə, komanda "Apoloniya" ilə üz-üzə gəlib. Qarşılaşma "Laçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın baş məşqçisi Armando Kunqu "Panorama" nəşrinə açıqlama verib. Görüş haqqında qısa danışan 47 yaşlı albaniyalı mütəxəssis "Keşlə" ilə oyun barədə də fikirlərini bildirib: "Apoloniya" ilə oyunun ilk hissəsindən razı qaldım, amma şansların çoxundan istifadə edə bilmədik. Bilirik ki, Azərbaycan komandasına qarşı işimiz çətin olacaq. Amma matçı emosional yüklər olmadan keçirəcəyik”.
Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.
Son xəbərlər
12:11
                Əməkdar artist: Şəhid Mikayıl Əliyevin 33 il yolunu gözləmişik
Daxili siyasət12:10
                Şəhidin qardaşı qızı: Xocalı soyqırımında əmimin ailəsinin yeddi üzvü öldürülüb
Daxili siyasət12:10
                Fərhad İsmayılov: "Püşkün nəticəsi yaxşı olsa, İslamiadada medal qazana bilərik"
Fərdi12:09
                SOCAR-ın idarəsinin qeyri-neft ixracından 303 milyon dollara yaxın gəlir əldə edib
Energetika12:08
                Gürcüstan humanitar dəstək çərçivəsində Ukraynaya generator göndərir
Region12:08
                Aynur Ayhan: "Azərbaycan şirkətləri ilə əməkdaşlığımızı inkişaf etdirmək istəyirik"
Biznes12:03
                Azərbaycan tomat ixracından gəlirini 13 %-ə yaxın artırıb
Biznes12:02
                Cinayət Məcəlləsindəki bəzi dəyişikliklər son oxunuşda qəbul edilib
Milli Məclis12:01
                