Gürcüstan humanitar dəstək çərçivəsində Ukraynaya generator göndərir
Region
- 31 oktyabr, 2025
- 12:08
Gürcüstan hökuməti Ukraynaya humanitar dəstək çərçivəsində generatorlar göndərir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bununla bağlı Baş nazir İrakli Kobaxidzenin imzaladığı sərəncam bu gün keçirilən hökumət iclasında təsdiqlənib.
Sənədə əsasən, Gürcüstan Enerji İnkişafı Fondu Ukraynaya çatdırılması üçün 1,5 milyon lari dəyərində müxtəlif növ generatorlar alacaq. Generatorlar Ukraynada kritik infrastrukturun və əhalinin enerji təminatına dəstək məqsədilə göndəriləcək.
Rəsmi məlumata görə, bu addım Gürcüstanın Ukraynaya humanitar dəstək proqramının bir hissəsidir.
Son xəbərlər
18:13
"Kəpəz" Futbol Akademiyasında futbolçu seçimləri aparılıb
Futbol18:11
Avropa Komissiyası: Qrenlandiyanın statusunu yalnız onun sakinləri həll edə bilərlər
Digər ölkələr18:05
Ərdoğan BƏƏ Prezidenti ilə Qəzzanın yenidən bərpasını müzakirə edib
Region18:00
Almaniyada axtarışda olan ukraynalı keçmiş deputat saxlanılıb
Region17:59
"Yandex" bir ayda Azərbaycandakı bazar payının 24 %-ni itirib
İKT17:56
"Spartak" Xuan Karlos Karsedonun təyinatını açıqlayıb
Futbol17:53
Video
İranda fabrik yanır
Region17:48
Fon der Lyayen Suriyaya səfər edəcək
Digər ölkələr17:47