Azərbaycan tomat ixracından gəlirini 13 %-ə yaxın artırıb

Biznes
  • 31 oktyabr, 2025
  • 12:03
Azərbaycan tomat ixracından gəlirini 13 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 157,2 milyon ABŞ dolları dəyərində tomat ixrac edib.

"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın oktyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 % çoxdur.

Təkcə sentyabrda isə Azərbaycan tomat ixrac etməyib.

9 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti