AFFA rəsmiləri UEFA-nın Klubların Lisenziyalaşdırma Departamentinin nümayəndələri ilə görüşüblər

Futbol
  • 06 sentyabr, 2025
  • 20:45
AFFA rəsmiləri UEFA-nın Klubların Lisenziyalaşdırma Departamentinin nümayəndələri ilə görüşüblər

AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin əməkdaşları UEFA-nın Klubların Lisenziyalaşdırma Departamentinin nümayəndələri ilə görüşüblər.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutan görüş çərçivəsində tərəflər arasında cari ilin yekun hesabatları təqdim olunub, qarşıdakı mövsüm üçün planlaşdırmalar müzakirə edilib.

Həmçinin, klubların lisenziyalaşdırılması prosedurları ilə bağlı təcrübə mübadiləsi aparılıb.

Tərəflərin hər biri öz hesabat və təkliflərini təqdim edib, gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.