AFFA "Qarabağ" və "Zirə"nin futbolçularını cəzalandırdı
                            Futbol
                            
                        - 28 dekabr, 2020
 - 08:49
 
                            
                            
                        AFFA İntizam Komitəsi "Qarabağ" və "Zirə" klublarını cərimələyib.
"Report"un məlumatına görə, buna komandaların Premyer Liqanın XIII turunda öz aralarındakı oyun zamanı futbolçuların intizamsızlığı səbəb olub.
Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
"Zirə"nin heyətində isə Dmitrios Çantakias ikinci sarı vərəqə alaraq qovulub. Nəticədə müdafiəçiyə 1 oyunluq cəza verilib. Klub isə 200 manat cərimə ödəyəcək.
Qeyd edək ki, "Qarabağ" - "Zirə" matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Son xəbərlər
13:09
                Sabah Bakıda və rayonlarda leysan olacaq - PROQNOZ
Ekologiya13:03
                Pakistanda Ali Məhkəmənin binasında qaz balonu partlayıb
Digər ölkələr13:01
                Azərbaycanda 2029-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 9 min ABŞ dollarını ötəcək
Maliyyə13:01
                Maliyyə naziri: "Təhsil xərclərinin büdcədə payı yüksəkdir"
Maliyyə13:00
                Azərbaycandakı dini konfessiyalar Zəfərin 5-ci ildönümü ilə bağlı bəyanat yayıblar
Din12:57
                Azərbaycan idmançılarının İslamiadada beşinci cəhdi - İndiyədək 300 medal qazanılıb
Fərdi12:57
                Baş nazir: Aİ müşahidəçiləri Azərbaycanla sülh sazişi imzalanana qədər Ermənistanda qalacaqlar
Region12:53
                Azərbaycanda yeni vergi təşviqləri açıqlanıb
Maliyyə12:48