Azərbaycanda 2029-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 9 min ABŞ dollarını ötəcək

Maliyyə
  • 04 noyabr, 2025
  • 13:01
Azərbaycanda 2029-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 9 min ABŞ dollarını ötəcək

Azərbaycanda 2029-cu ildə adambaşına düşən ümumi daxili məhsulun 9 140 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir vurğulayıb ki, ortamüddətli dövrdə qeyri-neft-qaz sektoru və onun sahələri üzrə davamlı inkişaf proqnozlaşdırılır:

"2026-cı ildə ÜDM-nin nominal həcmi 134,1 milyard manat, qeyri-neft-qaz sektorunda ÜDM-nin nominal həcmi isə 101,7 milyard manat proqnozlaşdırılır. Neftin proqnozlaşdılan qiyməti də nəzərə alınmaqla, 2026-ci ildə adam başına düşən ümumi daxili məhsulun 7 667 ABŞ dolları, 2029-cu ildə isə 9 140 ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır".

Son xəbərlər

Bütün Xəbər Lenti