AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva "Barselona" – "Bavariya" matçında UEFA nümayəndəsi olacaq

Futbol
  • 29 aprel, 2026
  • 14:18
AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva Barselona – Bavariya matçında UEFA nümayəndəsi olacaq

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti təyinat alıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək "Barselona" (İspaniya) – "Bavariya" (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Xatırladaq ki, görüş mayın 3-də Barselona şəhərində yerləşən "Nou Kamp" stadionunda keçiriləcək.