AFFA-nın danışıq apardığı azərbaycanlı futbolçu Rusiyanın gənclər millisinə dəvət alıb

Futbol
  • 29 oktyabr, 2025
  • 10:27
AFFA-nın danışıq apardığı azərbaycanlı futbolçu Rusiyanın gənclər millisinə dəvət alıb

"Dinamo" (Moskva) klubunda çıxış edən azərbaycanlı futbolçu Ülvi Babayev Rusiyanın gənclərdən ibarət millisinə dəvət alıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.

O, yığmanın 38 oyunçudan ibarət geniş heyətində yer alıb.

Rusiya seçməsi noyabrın 12-də, 15-də və 18-də müvafiq olaraq İran, Qırğızıstan və Bəhreynin U-23 kollektivi ilə üz-üzə gələcək.

Qeyd edək ki, AFFA Ülvi Babayevin Azərbaycan millisinə cəlb olunması üçün danışıq aparır.

Son xəbərlər

Bütün Xəbər Lenti