8 ayda "Azeri Light" markalı neftin orta qiyməti 73 dolları ötüb
Energetika
- 29 oktyabr, 2025
- 17:24
Bu ilin yanvar-avqust aylarında "Azeri Light" markalı neftin bir barelinin orta qiyməti 73,1 ABŞ dolları təşkil edib.
"Report" xəbər verir ki, bu, Azərbaycanın cari il üçün dövlət büdcəsində nəzərdə tutulan göstəricidən (1 barel 70 ABŞ dolları) 4,4 % çoxdur.
Cari ildə "Azeri Light" markalı neftin ən yüksək qiyməti yanvarda (bir barel üçün 81,3 ABŞ dolları), ən aşağı qiyməti isə mayda (66,3 ABŞ dolları) qeydə alınıb.
Qeyd edək ki, 2024-cü ildə "Azeri Light" markalı neftin bir barelinin orta ixrac qiyməti təxminən 84 ABŞ dolları təşkil edib.
Azərbaycan hökuməti 2026-cı il üçün "Azeri Light" markalı neftin bir barelinin orta ixrac qiymətini 65 ABŞ dolları səviyyəsində götürür.
Son xəbərlər
09:24
UEFA Çempionlar Liqası: Bu gün ilk yarımfinalçılar bəlli olacaq
Futbol09:24
TƏBİB-in Çağrı Mərkəzinə son üç ayda 36 minə yaxın zəng daxil olub
Sağlamlıq09:14
Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsində növbəti oyunlar keçiriləcək
Komanda09:09
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət U-19 millisi seçmə mərhələdə ikinci oyununa çıxır
Futbol09:04
Xaçmazda 60 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb
Hadisə09:04
Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Andorra ilə qarşılaşacaq
Futbol09:03
Foto
Bakıda AQEM-in qadınların liderliyinə həsr olunmuş beynəlxalq konfransı keçirilir
Xarici siyasət09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (14.04.2026)
Maliyyə08:57