U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
Fərdi
- 29 oktyabr, 2025
- 17:14
31 oktyabr - 1 noyabr aralığında Moldovanın paytaxtı Kişineuda keçiriləcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.
Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Ölkə bu yarışda millinin böyük məşqçiləri Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 6 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunacaq.
Murad Muradlı, Hüseyn Allahyarov (hər ikisi 60 kq), İslam Rəhimov (66 kq), Vüsal Qələndərzadə, Ömər Rəcəbli (hər ikisi 81 kq), Vüqar Talıbov, Aslan Kotsoyev (hər ikisi 90 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, qitə birinciliyində 38 ölkədən 314 idmançı medallar uğrunda mübarizə aparacaq.
Son xəbərlər
10:25
"Bakı Marafonu 2026" start götürüb
Fərdi10:12
Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək
Xarici siyasət10:03
Foto
"Bakı Marafonu 2026" başlayır
Fərdi09:58
İsrailin Təhlükəsizlik Kabineti Qəzzada əməliyyatların bərpasını müzakirə edəcək
Digər ölkələr09:37
Qazaxıstan qeyri-rezidentlərin dövlət istiqrazlarına investisiyaları 5 mlrd dollaradək artırır
Maliyyə09:15
Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
Futbol08:57
Monqolustan CAREC-ASEAN regionunda kapital bazarlarının inkişafı təşəbbüsünə rəhbərlik etməyə hazırdır
Maliyyə08:50
AİB-nin vitse-prezidenti: Dərin kapital bazarları olmadan CAREC-in potensialı məhdud olaraq qalacaq
Maliyyə08:35