"Shirvan Open 2025" beynəlxalq şahmat festivalının qalibləri müəyyənləşib
- 27 noyabr, 2025
- 20:36
"Shirvan Open 2025" beynəlxalq şahmat festivalına yekun vurulub.
"Report" xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası , Gənclər və İdman Nazirliyi və Şirvan şəhər Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən festivalda 8 ölkədən 240-dan çox şahmatçı iştirak edib.
A qrupunun qalibi, Hindistan şahmatçısı Mayank Çakraborti olub. İkinci yerdə Azərbaycan təmsilçisi Vüqar Rəsulov qərarlaşıb. Üçüncü yeri Hindistan şahmatçısı Subhayan Kundu tutub.
B qrupunda yarışın qalibi adını Məhərrəm Cəfərov qazanıb. İkinci və üçüncü yerdə müvafiq olaraq Əli Səlimzadə və Fuad Məmmədov qərarlaşıblar.
Festival çərçivəsində təşkil olunan rapid yarışının qalibi Murad İbrahimli olub. Blits turnirində isə Vüqar Manafov qələbə qazanıb.
Ümumilikdə müxtəlif yerlər üzrə qaliblərə 22.650 AZN pul mükafatı təqdim olunacaq.
Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilən 8-ci və bu il üçün sonuncu yarışıdı.