Nazir müavini Yaponiya səfiri ilə Bakıda keçiriləcək dünya çempionatını müzakirə edib
Fərdi
- 30 oktyabr, 2025
- 16:57
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə 2026-cı ildə Bakıda keçiriləcək sumo üzrə dünya çempionatını müzakirə edib.
"Report" Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı mundial, həmçinin Bakı – dünyanın "İdman Paytaxtı" çərçivəsində Yaponiyadan idman həvəskarlarının ölkəmizə cəlb edilməsi, birgə təlim-məşq toplanışlarının təşkili və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova və səfirliyin birinci baş katibi Taiçi Tsuçiya iştirak ediblər.
Son xəbərlər
19:42
Foto
Zelenski və Fayon PURL proqramı çərçivəsində əməkdaşlığı müzakirə edib
Region19:40
Səudiyyə Ərəbistanı Messiyə yerli çempionatda çıxış etməyə icazə verməyib
Futbol19:40
Aİ Şengen zonasının 40 illiyini gənclər üçün pulsuz biletlərlə qeyd edir
Digər ölkələr19:30
HƏMAS iki israilli əsirin meyitini qaytarıb - YENİLƏNİB
Digər ölkələr19:24
Yermak: Kanada Ukraynaya raket sistemi komponentləri verir
Digər ölkələr19:18
"Yaradan" sənədli filminin təqdimatı keçirilib
Media19:14
Merts Türkiyənin "Eurofighter" qırıcıları alması ilə bağlı qərarını dəstəkləyib
Digər ölkələr19:12
TÜRKPA türk dövlətləri arasında koordinasiya qurumu olmağı təklif edir
Xarici siyasət19:03