Azərbaycanın çövkən yığması III MDB Oyunlarında 2-ci qələbəsini qazanıb - YENİLƏNİB

Komanda
  • 30 sentyabr, 2025
  • 13:10
Azərbaycanın çövkən yığması III MDB Oyunlarında 2-ci qələbəsini qazanıb - YENİLƏNİB

Azərbaycanın çövkən yığması III MDB Oyunlarında 2-ci qələbəsini qazanıb.

"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, A qrupunda yer alan milli komanda Küveytlə üz-üzə gəlib.

Şəki şəhər stadionunda baş tutan görüş Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 5:0.

Yığma qrupdakı ilk oyunda Qırğızıstan üzərində 4:0 hesabı ilə qələbə qazanmışdı.

Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

III MDB Oyunları çərçivəsində çövkən üzrə növbəti matç keçirilib.

"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, B qrupunda Türkiyə yığması Özbəkistanla qarşılaşıb.

Şəki şəhər stadionunda baş tutan görüş Asiya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu gün Azərbaycan millisi də meydana çıxacaq. Komanda A qrupunda ikinci matçını Küveytə qarşı keçirəcək.

Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti