Hacı Əliyev: "Ürəyim istəyəndə mahnı oxuyuram"
Fərdi
- 07 oktyabr, 2021
- 18:08
"Özümə söz vermişəm ki, musiqi ilə bağlı danışmayacağam. Sadəcə, onu deyim ki, uşaqlıqdan tək muğama yox, xalq mahnılarına da marağım olub".
"Report"un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) musiqiyə marağı barədə Milli Antidopinq Agentliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda deyib.
3 qat dünya və 3 qat Avropa çempionu bildirib ki, bu, kiçik yaşlarından yaranan həvəs olub: "Az da olsa, piano və kamança kurslarına getmişəm. Zaman keçdikcə, böyüdükcə gördüm ki, musiqi mənim həyatımda hər şey demək deyil. Amma arada ürəyim istəyəndə mahnı oxuyuram. Bir-iki dəfə səhv edib verilişlərdə də oxumuşam (gülür)".
Qeyd edək ki, Hacı Əliyev son olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
Son xəbərlər
08:03
DÇ-2026: Avstriya - İordaniya oyunu başlayıb
Futbol07:35
Delaver ştatında xəstəxanada atışma olub, bir nəfər ölüb
Digər ölkələr07:26
Lionel Messi Argentina - Əlcəzair matçının ən yaxşı oyunçusu olub
Futbol07:14
Messi mundialların ən məhsuldar futbolçuları sırasında Klozeyə çatıb
Futbol07:00
DÇ-2026: Lionel Messinin het-triki Argentinaya qələbə qazandırıb - YENİLƏNİB-6
Futbol06:57
İsveçrə "F-35" alışına 496 milyon dollar ayıracaq
Digər ölkələr06:34
Stole Solbakken: "İraqla matçda ilk hissədəki qollar bizə üstünlük qazandırdı"
Futbol06:07
ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib
Digər ölkələr05:39