Delaver ştatında xəstəxanada atışma olub, bir nəfər ölüb
Digər ölkələr
- 17 iyun, 2026
- 07:35
ABŞ-nin Delaver ştatındakı Uilminqton xəstəxanasında baş verən atışma nəticəsində azı bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
"Report" xəbər verir ki, bu barədə polisə istinadən "ABC News" telekanalı məlumat yayıb.
İlkin məlumata görə, xəstəxana əməkdaşı iki həmkarına atəş açıb. Polisdən bildirilib ki, hadisə "məqsədyönlü xarakter daşıyıb və tək bir hal olub". Uilminqton polisinin rəisi Vilfredo Kampos zərərçəkənlərdən birinin öldüyünü təsdiqləyib. İkinci yaralının vəziyyəti barədə məlumat açıqlanmayıb.
Polis 23 yaşlı şübhəlini Uilminqtondan təxminən 65 kilometr şimal-şərqdə yerləşən Filadelfiyada saxlayıb.
Faktla bağlı araşdırma davam edir.
Son xəbərlər
01:04
Aİ Türkiyə ilə bağlı Yunanıstana xəbərdarlıq edib
Region00:58
Foto
DÇ-2026: İsveçrə Bosniya və Herseqovina üzərində qələbə qazanıb - YENİLƏNİB-6
Futbol00:34
Lənkəranda iki mərtəbəli evdə yanğın olub
Hadisə00:19
ABŞ "Hizbullah"ı dəstəkləyən Livan siyasətçilərinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr23:55
Emoməli Rəhmon: ABŞ-İran müharibəsinin dayandırılması region xalqlarını sevindirib
Region23:47
AMTŞ: Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Region23:46
Çexiya millisinin baş məşqçisi: "Səhvlərə görə 3 xalı əldən verdik"
Futbol23:37
Tramp İsrail və Livanı tam atəşkəsə çağırıb
Digər ölkələr23:23