DÇ-2026: Avstriya - İordaniya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4

Futbol
  • 17 iyun, 2026
  • 09:16
DÇ-2026: Avstriya - İordaniya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4

Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, İordaniya seçməsi 50-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1.

Ali Olvan adını tapbloya yazdırıb.

Qarşılaşmanı mavritaniyalı FIFA referisi Dahan Beyda idarə edir.

Futbol üzrə dünya çempionatının Avstriya - İordaniya oyununda ikinci hissə start götürüb.

"Report"un məlumatına görə, San-Fransisko Bay Area stadionunda keçirilən J qrupunun matçında Avropa təmsilçisi hesabda öndədir - 1:0.

20-ci dəqiqədə Romano Şmid fərqlənib.

Futbol üzrə dünya çempionatının Avstriya - İordaniya oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, San-Fransisko Bay Area stadionunda keçirilən J qrupunun matçında Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 1:0.

20-ci dəqiqədə Romano Şmid uzaq məsafədən qapını dəqiq nişan alıb.

Futbol üzrə dünya çempionatının Avstriya - İordaniya oyununda hesab açılıb.

"Report"un məlumatına görə, San-Fransisko Bay Area stadionunda keçirilən J qrupunun matçında Avropa təmsilçisi hesabda irəli çıxıb - 1:0.

20-ci dəqiqədə Romano Şmid uzaq məsafədən qapını dəqiq nişan alıb.

Futbol üzrə dünya çempionatının Avstriya - İordaniya oyunu başlayıb.

"Report"un məlumatına görə, J qrupunun matçı San-Fransisko Bay Area stadionunda keçirilir.

Qarşılaşmanı mavritaniyalı FIFA referisi Dahan Beyda idarə edir.