Azərbaycan Qran-prisi mövsümün ən yaxşılarından hesab edilib
Fərdi
- 11 yanvar, 2022
- 07:15

"Formula 1" üzrə dünya çempionatında 2021 mövsümünün ən yaxşı Qran-prisi bəlli olub.
"Report" xəbər verir ki, bu, azarkeşlər arasında aparılmış sorğu nəticəsində müəyyənləşib.
52 mindən çox fanatın qatıldığı səsvermədə İtaliya Qran-prisi 19 faizlə birinci olub. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunmuş son Qran-pri 16 faizlə ikinci, Braziliyadakı San Paulu Qran-prisi 10 faizlə üçüncü yeri tutub.
Azərbaycan Qran-prisi isə 8 faiz səslə 4-cü olub. İlk "5-liy"i Macarıstan Qran-prisi 7 faiz səslə tamamlayıb.
Qeyd edək ki, 2021-ci il Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçirilib. 2022-ci ildəki yarış 10 - 12 iyunda təşkil olunacaq.
Son xəbərlər
22:56
Makron: Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlığı başa çatıb
Digər ölkələr22:46
KİV: Epşteynin işi ilə bağlı videoda yeni fakt ortaya çıxıb
Digər ölkələr22:28
Portuqaliya millisinin futbolçusu Səudiyyə Ərəbistanında klubunu dəyişib
Futbol22:23
Foto
Biləsuvarda ağır yol qəzası olub, ölən və yaralananlar var
Hadisə22:12
Sabah İmişlidə 800-ə yaxın abonentin qazı kəsiləcək
Energetika22:10
"Qarabağ"ın rəqibi müdafiəçisini qeydiyyatdan keçirə bilməyib
Futbol22:06
Video
Qərbi Azərbaycan Xronikası: İrəvanın türk siması necə dəyişdirildi?
Daxili siyasət21:46
Azərbaycanın U-19 millisinin baş məşqçisi: "Uşaqlar yaxşı xarakter göstərdilər"
Fərdi21:39