COVID-19 pasportu olmayanlar taekvondo üzrə Azərbaycan çempionatına buraxılmayacaq
Fərdi
- 23 noyabr, 2021
- 17:31

Noyabrın 30-da yeniyetmələr, gənclər və böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, idmançıların təcrübəsi və ustalığının artırılması və milli komandaların tərkibinin müəyyənləşdirilməsi xarakteri daşıyan yarış Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşəcək.
Dekabrın 5-dək davam edəcək ölkə çempionatında yaşı 18-dən yuxarı olan bütün idmançılardan və zala daxil olan şəxslərdən COVID-19 pasportu tələb olunacaq. Əks halda həmin şəxslər yarışa buraxılmayacaqlar.
Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatında azarkeşlərin iştirakına icazə verilməyəcək.
Son xəbərlər
12:00
Axar.az xəbər saytı 12 yaşını qeyd edir
Media11:55
Foto
Azərbaycanın islam maliyyə institutları ilə əməkdaşlığının gücləndirilməsi müzakirə olunub
Maliyyə11:34
Ekspert: ABŞ nüvə obyektlərinə hücumdan əvvəl İranı məlumatlandırıb
Region11:18
Foto
Cəlilabadda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb
Hadisə11:17
ABŞ-də yol qəzasında 9-u azyaşlı olmaqla 11 nəfər yaralanıb
Digər ölkələr11:03
Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir
Digər ölkələr11:01
Azərbaycanın üç boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Fərdi10:42
Ukrayna ordusu Orenburqda qaz emalı zavoduna PUA-lara hücum edib
Region10:27