Lionel Messi MLS-in müntəzəm mövsümünün bombardiri olub
Futbol
- 19 oktyabr, 2025
- 10:27
Argentina millisinin və "İnter Mayami" klubunun hücumçusu Lionel Messi ABŞ-nin əsas futbol liqası olan MLS-in müntəzəm çempionatında bombardir olub.
"Report" xəbər verir ki, mövsümün son oyununda "Neşvilla" ilə qarşılaşan "İnter Mayami" 5:2 hesabı ilə qalib gəlib.
Qarşılaşmada Messi het-trik edərək komandasının qələbəsində əsas rol oynayıb.
Bununla da o, 29 qolla çempionatın bombardiri adını qazanıb.
"İnter Mayami" Şərq Konfransında üçüncü yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb.
Komanda bu raundda yenidən "Neşvilla" ilə qarşılaşacaq. Seriya iki qələbəyədək davam edəcək, ilk oyun oktyabrın 24-də Mayamidə keçiriləcək.
Qeyd edək ki, 38 yaşlı Messi 2023-cü ildən "İnter Mayami"nin heyətində çıxış edir.
Son xəbərlər
15:08
AKBA MMX ilə Anlaşma Memorandumu imzalayıb
Maliyyə15:05
Foto
Azərbaycan-Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti bərpa olunub
Milli Məclis15:04
Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub
Elm və təhsil15:02
Azərbaycanın idxalı qızıl nəzərə alınmadan 2 % artıb
Biznes14:52
Qırğızıstan Rusiyanı miqrantlarla bağlı razılaşmanı yerinə yetirməməkdə günahlandırıb
Region14:51
İngiltərə klubu Fransa millisinin hücumçusu üçün 40 milyon avro təklif edib
Futbol14:39
Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
Energetika14:38
Foto
Video
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Energetika14:36