Azərbaycan və Çexiya arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Fərdi
  • 28 noyabr, 2025
  • 14:59
Azərbaycan və Çexiya arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastika Konqresi ərəfəsində Çexiyanın Milli İdman Agentliyinin sədri Andrey Şebeklə idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

"Report" nazirliyə istinadən xəbər verir ki, görüş zamanı hər iki ölkədə həyata keçirilən irimiqyaslı idman layihələri, qarşılıqlı təlim-məşq toplanışlarının təşkili və idman sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Həmçinin anti-dopinq sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin Bakı-2026 "Dünyanın İdman Paytaxtı" çərçivəsində paytaxtımızda keçiriləcək tədbirlərdə Çexiya nümayəndələrinin iştirakı da müzakirə edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti