Azərbaycan cüdoçuları Asiya Kubokunda 1 gümüş və 1 bürünc medal qazanıblar

Fərdi
  • 20 noyabr, 2025
  • 21:46
Azərbaycan cüdoçuları Asiya Kubokunda 1 gümüş və 1 bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən yeniyetmələr arasında Asiya Kubokunda 1 gümüş və 1 bürünc medal qazanıblar.

"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Hüsiyev finalda uduzaraq ikinci yeri tutub.

50 kq çəkidə mübarizə aparan Devid Mahmudov isə bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycan turnirdə yeniyetmə oğlanlardan ibarət yığma komandamızın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında 3 cüdoçu ilə təmsil olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti