Azərbaycan atleti VI İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüyə yüksəlib
Fərdi
- 17 noyabr, 2025
- 20:31
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında atletika yarışlarına start verilib.
"Report" xəbər verir ki, Azərbaycan millisinin üzvü Yekaterina Sariyeva mübarizəyə qoşulub.
Üç təkanla tullanma növündə mübarizə aparan atlet uğurlu çıxışla yadda qalıb.
Sariyevanın ən yaxşı göstəricisi 13.84 metr olub. Bu nəticə ilə Yekaterina mötəbər yarışda bürünc medala sahib çıxıb.
Qeyd edək ki, bu, idmançımızın İslam Həmrəyliyi Oyunlarında 4-cü medalıdır. Sariyeva 2013-cü ildə Palembanqda qızıl, 2021-ci ildə Konyada gümüş, 2017-ci ildə Bakıda bürünc medal qazanmışdı.
Son xəbərlər
22:50
Foto
Azərbaycanla İtaliya arasında hərbi təhsil sahəsində əməkdaşlıq üçün yeni imkanlar müzakirə olunub
Hərbi22:47
ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsini irəli sürəcək
Digər ölkələr22:38
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirilib, saxlanılan var
Hadisə22:37
KİV: Hindistanlı kişi qəzada 18 qohumunu itirib
Digər ölkələr22:20
Ermənistan və BƏƏ müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Region22:13
Video
Qərbi Azərbaycan Xronikası: Bölgədə dayanıqlı sülhün əsas təminatı birgəyaşayışa nail olmaqdır
Region22:01
Foto
Hindistan və Britaniya birgə hərbi təlimlərə başlayıb
Digər ölkələr21:47
Yaşar Gülər: Təyyarənin "qara qutu"sunun oxunması iki ay vaxt aparacaq
Region21:37