ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsini irəli sürəcək

Digər ölkələr
  • 17 noyabr, 2025
  • 22:47
ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar barədə qanun layihəsini irəli sürəcək

ABŞ Konqresi Prezident Donald Trampın təsdiqini alaraq Rusiyaya qarşı əlavə sanksiyalarla bağlı qanun layihəsinin irəli sürülməsi üzərində işə başlayır.

"Report"un məlumatına görə, bu barədə respublikaçı senator Lindsi Qraham sosial şəbəkədə yazıb.

"Konqresin Trampın dəstəyi ilə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi üzərində işləyəcəyinə çox şadam. Bu sənəd hər iki partiyanın böyük dəstəyinə malikdir", – deyə o qeyd edib.

Qraham xatırladıb ki, bu sənəd təsdiqlənəcəyi halda Ağ Ev rəhbərinə ucuz rus nefti və qazı almaqda davam edən ölkələrə qarşı əlavə sanksiyalar və rüsumlar tətbiq etmək imkanı verəcək.

Tramp daha əvvəl bəyan etmişdi ki, Konqres üzvləri tərəfindən irəli sürülən və Rusiya ilə əməkdaşlıq edən ölkələrə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləyir.

Lindsi Qraham hazırladığı qanun layihəsində Rusiyaya qarşı ilkin və əlavə sanksiyaların tətbiqini nəzərdə tutur. Xüsusilə, Rusiya nefti, qazı, uranı və digər malları alan ölkələr üçün 500 faizlik gömrük rüsumlarının tətbiqini təklif edir.

Son xəbərlər

Bütün Xəbər Lenti