Nehrəmdə dörd gün işıq fasilələrlə veriləcək

Energetika
  • 01 sentyabr, 2025
  • 12:03
Nehrəmdə dörd gün işıq fasilələrlə veriləcək

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun Nehrəm qəsəbəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

"Report"un yerli bürosu xəbər verir ki, 35/10 kilovoltluq Nehrəm yarımstansiyasından qidalanan 10 kilovoltluq "Nehrəm 1" hava elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 1-dən 5-nə qədər Babək rayonu Nehrəm qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.