Naxçıvanın bəzi ərazilərində üç gün işıq fasilələrlə veriləcək

Energetika
  • 08 sentyabr, 2025
  • 10:41
Naxçıvanın bəzi ərazilərində üç gün işıq fasilələrlə veriləcək

Naxçıvan şəhəri və Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

"Report"un yerli bürosu xəbər verir ki, sentyabrın 8-dən 11-dək Naxçıvan şəhəri və Babək rayonunun müəyyən ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Qeyd olunan günlərdə 110/35/10 kilovoltluq "Xalçaçılıq" yarımstansiyasından qidalanan 10/0,4 kV-luq xətlərdə dartılma və ağacların budanması işləri həyata keçiriləcək.

Eyni zamanda, Nehrəm 35/10 kV yarımstansiyasından qidalanan 10 kV-luq Nehrəm-2, Nehrəm-3 və Nehrəm-4 hava xətlərində, eləcə də 10/0,4 kV KTM-lərdə təmir işləri görüləcək.

Bununla əlaqədar Naxçıvan şəhərinin 59, 61, 48, 49 nömrəli məhəllələrində və Yunis Cabbarov küçəsində, eləcə də Babək şəhəri və Nehrəm qəsəbəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.