Bakının iki rayonunda su olmayacaq

İnfrastruktur
  • 08 sentyabr, 2025
  • 23:30
Bakının iki rayonunda su olmayacaq

Sentyabrın 9-da Bakının iki rayonunda suyun verilişində fasilələr olacaq.

Bu barədə "Report"a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.  

Nəsimi və Nərimanov rayonlarını içməli su ilə təmin edən magistral xətdə aparılan təmir-bərpa işləri ilə əlaqədar bu rayonların bəzi ərazilərinə Saat 22:00-dan etibarən 9 sentyabrda gün ərzində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.